Qazaxda avtomobilin vurduğu 12 yaşlı qızın vəziyyəti ağırdır

Şrift
🔊 Xəbəri dinlə — Babək
Qazaxda avtomobilin vurduğu 12 yaşlı qızın vəziyyəti ağırdır

Vətənim Media xəbər verir ki, Qazax rayonunun Kosalar kəndində yolu keçmək istəyən 12 yaşlı qız avtomobilin vurması nəticəsində xəsarət alıb. Hadisə zamanı “VAZ 21015” markalı minik maşını 2014-cü il təvəllüdlü S.Xəlilovanı vurub.

Yaralı xəstəxanaya çatdırılıb və vəziyyətinin ağır olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗