Füzulinin iki kəndinə qayıdış ilin sonunadək planlaşdırılır

Şrift
🔊 Xəbəri dinlə — Babək
Füzulinin iki kəndinə qayıdış ilin sonunadək planlaşdırılır

Vətənim Media xəbər verir ki, ilin sonunadək Füzuli rayonunun Dövlətyarlı və Pirəhmədli kəndlərinə sakinlərin qayıtması nəzərdə tutulur. Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Təranə Quliyeva bildirib ki, hazırda hər iki yaşayış məntəqəsində bərpa və tikinti işləri aparılır.

İşlərin ilin sonunadək tamamlanması planlaşdırılır. Quliyeva, həmçinin, oktyabrın 17-də Füzulinin işğaldan azad olunmasının ildönümü münasibətilə şəhərdə silsilə tədbirlərin keçirildiyini deyib. Onun sözlərinə görə, bu tarix dövlət və Füzuli sakinləri üçün əlamətdardır.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗