Vətənim Media xəbər verir ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində 2 milyard 627,8 milyon manatlıq məhsul istehsal edilib və xidmət göstərilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 faiz azdır.
Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə hesabat dövründə istehsalın həcmi 511,5 milyon manat olub. Göstərici illik müqayisədə 4,5 faiz artıb.
Əsas mənbə: APA
