Vətənim Media xəbər verir ki, “AzerGold” QSC oktyabrın 14–16-da Bakı Ekspo Mərkəzində keçirilən “Rebuild Garabagh” sərgisində stendlə təmsil olunub. Təqdimatda şirkətin 10 illik fəaliyyəti, nailiyyətləri, ölkə iqtisadiyyatına töhfələri və gələcək inkişaf istiqamətləri barədə məlumat verilib.
Stenddə Qarabağ və Şərqi Zəngəzurda aparılan geoloji kəşfiyyat işləri, mineral-xammal potensialının öyrənilməsi və hasilat zonalarındakı sosial layihələr də əks olunub. Ziyarətçilər virtual reallıq vasitəsilə Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinin iş prosesi ilə tanış olub, qızıl-gümüş xəlitəsini və şirkətin satış portfelindəki məhsulları görüblər.
Sərgidə Qarabağ kolleksiyasının Kəlbəcərin tarixi və mədəni irsinə həsr edilmiş qızıl və gümüş sikkələri ilk dəfə ictimaiyyətə təqdim edilib. Stenddə həmçinin şirkətin istehsal fəaliyyəti və strateji layihələri barədə rəqəmsal və audiovizual materiallar nümayiş olunub.
Əsas mənbə: APA
