Vətənim Media xəbər verir ki, ölkə ərazisində qeydə alınan 34 cinayətin açılması təmin edilib. Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.
Axtarışda olan 51 nəfər də tutulub. Onların 36-sı borclu şəxs qismində axtarışa verilmişdi və aidiyyəti üzrə təhvil verilib. Polis narkotiklərlə bağlı iki, qanunsuz saxlanılan silah-sursatın aşkarlanması və götürülməsi ilə bağlı isə iki fakt müəyyən edib.
Əsas mənbə: APA
