Vətənim Media xəbər verir ki, oktyabrın 16-da polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində dələduzluq ittihamı ilə axtarışda olan beş nəfər saxlanılıb. Onlar istintaqa təhvil veriliblər.
Həmin gün ailə üzvlərinə məlumat vermədən yaşadığı ünvanı tərk etdiyi üçün itkin düşmüş kimi axtarılan daha səkkiz nəfər də tapılıb və aidiyyəti üzrə təhvil verilib. Məlumat Daxili İşlər Nazirliyindən verilib.
Əsas mənbə: APA
