Zabrat-Maştağa yolunun bir istiqamətində hərəkət bağlanıb

Şrift
🔊 Xəbəri dinlə — Babək
Zabrat-Maştağa yolunun bir istiqamətində hərəkət bağlanıb

Vətənim Media xəbər verir ki, Sabunçu rayonunda Zabrat dairəsindən Maştağa qəsəbəsində Elşən Məhərrəmli küçəsi ilə kəsişməyədək uzanan yol sahəsində təmir işləri aparılır. Bu hissədə nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət tətbiq olunub.

Yolun əks istiqamətində də oktyabrın 19-u saat 08:00-dan etibarən hərəkət tam bağlanacaq. Sürücülərə səfərlərini alternativ yollarla planlaşdırmaq tövsiyə olunur.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗