Vətənim Media xəbər verir ki, XII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarları Xalq şairi Sabir Rüstəmxanlı və uşaq ədəbiyyatı yazarı Reyhan Yusifqızı olacaq. Sərgi oktyabrın 21-dən 27-dək Bakı Ekspo Mərkəzində keçiriləcək.
Sərgi proqramında Rüstəmxanlının “Azərbaycan adından” kitabının təqdimatı oktyabrın 27-də saat 11:00-da SOCAR təqdimat zonasında nəzərdə tutulub. Reyhan Yusifqızı ilə görüş və imza saatı isə oktyabrın 24-də saat 12:00-da P1-020 stendində keçiriləcək.
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən builki sərginin devizi “Həyat ekrandan böyükdür: bir uşaq, bir kitab, bir gerçək dünya”dır. Tədbirdə 30 ölkədən 59 təşkilat və 147 yerli nəşriyyat-poliqrafiya müəssisəsi təmsil olunacaq. Proqramda kitab təqdimatları, imza günləri, ustad dərsləri, konfranslar, müsabiqələr, qiraət və musiqi saatları da yer alacaq.
Əsas mənbə: APA
