Vətənim Media xəbər verir ki, Füzulidə 17 Oktyabr – Şəhər Günü münasibətilə müxtəlif mədəni tədbirlər keçirilib. Proqram Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə təşkil olunub.
Uşaqlar üçün rəsm üzrə ustad dərsləri keçirilib və onların əsərlərindən ibarət sərgi açılıb. Füzuli Dövlət Dram Teatrı “Tıq-tıq xanım” tamaşasını təqdim edib. Günün davamında Azərbaycan Dövlət Akademik Filarmoniyasının solistləri, Füzuli sakini olan Əməkdar artist Nizami Abdullayev, Ağabala Abdullayev və rəqs ansamblının iştirakı ilə konsert proqramı təşkil olunub. Tədbirlər Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutub.
Əsas mənbə: APA
