Vətənim Media xəbər verir ki, İmişli Şəkər Zavodunda jurnalistlər üçün aqrar sahəyə dair maarifləndirici təlim təşkil olunub. Tədbir Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi ilə “Azərsun Holdinq”in əməkdaşlığı çərçivəsində keçirilib.
Təlimdə 2026–2030-cu illər üçün kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafı üzrə Dövlət Proqramının prioritetləri təqdim olunub. İştirakçılara aqrar informasiya-məsləhət sistemi, bitki mühafizəsi, kənd təsərrüfatı texnikasına nəzarət və heyvandarlıqda cins tərkibinin yaxşılaşdırılması barədə məlumat verilib. Proqram aqrar terminlərə dair təqdimat və bilikləri yoxlamaq üçün təşkil olunan quizlə yekunlaşıb.
Əsas mənbə: APA
