Özəl məhkəmə ekspertləri gəlirlərinin 10 faizini vergi ödəyəcək

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Özəl məhkəmə ekspertləri gəlirlərinin 10 faizini vergi ödəyəcək

Vətənim Media xəbər verir ki, özəl məhkəmə ekspertlərinin vergiyə və məcburi dövlət sosial sığortasına cəlb olunması təklif edilir. Dəyişikliklər Milli Məclisin iclasında müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, ekspertiza müqavilələrindən əldə olunan gəlirə xərclər çıxılmadan 10 faiz vergi tətbiq ediləcək. Ekspertlər hər rüb başa çatdıqdan sonrakı ayın 20-dək bəyannamə verməli, hesablanmış vergini isə hər ay növbəti ayın 20-dək ödəməlidirlər. Gəlirlərinin xərclər çıxıldıqdan sonrakı məbləğinin 15 faizi həcmində məcburi sosial sığorta haqqı da ödəyəcəklər.

Tibbi sığorta üzrə dəyişiklikdə vergi uçotuna alınmış özəl məhkəmə ekspertlərinin sığortalı kimi özlərinin çıxış etməsi nəzərdə tutulur. Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗