Vətənim Media xəbər verir ki, APA-nın məlumatına görə, ABŞ-ın Oreqon ştatında iki helikopterin toqquşması nəticəsində üç nəfər hadisə yerində həyatını itirib.
Qəza oktyabrın 29-da yerli vaxtla saat 14:10 radələrində Makminvill şəhərinin şimalında baş verib. “Robinson R22” helikopterində Texasdan olan təlimatçı pilot və Böyük Britaniyadan olan tələbəsi, “Airbus” helikopterində isə 38 yaşlı yerli sakin olub.
Qəzanın səbəblərini ABŞ-ın Milli Nəqliyyat Təhlükəsizliyi Şurası və Federal Aviasiya Administrasiyası araşdırır.
Əsas mənbə: APA
