Vətənim Media xəbər verir ki, APA-nın WSJ-yə istinadən yaydığı məlumata görə, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) komandanı admiral Bredli Kuper cümə axşamı Ağ Evdə keçirilən görüşdə Prezident Donald Trampa İrana mümkün zərbələr üzrə seçimləri təqdim edib.
Görüşdə ABŞ-nin hərbi naziri Pit Heqset və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn də iştirak edib. WSJ Kuperin Trampa hərbi planlar barədə şəxsən nadir hallarda məruzə etdiyini yazır. Qəzetin qiymətləndirməsinə görə, bu görüş Vaşinqtonun İrana qarşı genişmiqyaslı hərbi əməliyyat ehtimalını daha ciddi nəzərdən keçirdiyini göstərə bilər.
Əsas mənbə: APA
