Vətənim Media xəbər verir ki, oktyabrın 29-da Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində Anton Çexovun pyesi əsasında hazırlanan “Qağayı” tamaşası Azərbaycan Dövlət Akademik Musiqili Teatrında təqdim olunub. APA-nın məlumatına görə, tamaşaya Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva, Leyla Əliyeva və Alyona Əliyeva baxıblar.
Sankt-Peterburqdakı Akademik “Malıy” Dram Teatrı – Avropa Teatrının təqdim etdiyi səhnə əsərinin quruluşçu rejissoru Lev Dodindir. Festival noyabrın 8-dək davam edəcək; proqramda 20-dən çox tədbir yer alıb.
Əsas mənbə: APA
