Vətənim Media xəbər verir ki, Tovuz rayonunun Xatınlı kəndində “VAZ-2107” və “Opel” markalı minik avtomobilləri toqquşub. APA-nın yerli bürosunun məlumatına görə, qəza nəticəsində üç nəfər xəsarət alıb.
1985-ci il təvəllüdlü L.Əhmədova, 1998-ci il təvəllüdlü D.Nəsirov və 1979-cu il təvəllüdlü X.Əhmədov xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti orta ağır qiymətləndirilir. İlkin məlumata görə, avtomobildəki şəxslər yas mərasiminə gedirmiş. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Əsas mənbə: APA
