Vətənim Media xəbər verir ki, İspaniyanın Toledo əyalətində baş verən dəmir yolu qəzasında 74 nəfər həyatını itirib. “El Diario” qəzetinin məlumatına görə, əvvəl ölənlərin sayının 69 olduğu bildirilmişdi.
Qəza oktyabrın 28-də səhər saatlarında, Urda yaşayış məntəqəsi yaxınlığında baş verib. Madrid–Sevilya marşrutunda hərəkət edən iki sərnişin qatarı toqquşub. Qatarların hər ikisində ümumilikdə 540-dan çox sərnişin olub.
Əsas mənbə: APA
