Vətənim Media xəbər verir ki, NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin iki Mi-17-1V helikopterinin 2-ci Səviyyəli (NEL-2) qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyindən APA-ya bildirilib ki, qiymətləndirmə planına uyğun olaraq yaralıların təxliyəsi, humanitar yüklərin və şəxsi heyətin daşınması, eləcə də aşağı hündürlükdə uçuşlar yerinə yetirilib.
Helikopterlərdə yarana biləcək nasazlıqların aradan qaldırılması zamanı ekipajların fəaliyyəti də yoxlanılıb. NATO qiymətləndiriciləri helikopterlərin, ekipajların və aidiyyəti bölmələrin imkan və qabiliyyətlərini yüksək qiymətləndiriblər.
Əsas mənbə: APA
