Vətənim Media xəbər verir ki, Böyük Britaniyanın müdafiə naziri Ues Stritinq ölkəsinin 1000 gün ərzində müharibəyə hazır vəziyyətə gəlməli olduğunu bildirib. APA-nın məlumatına görə, nazir bu fikri “The Daily Telegraph” qəzetində dərc olunan məqaləsində yazıb.
Stritinq 2030-cu ilə qədər rəqiblərinin hərbi gücü və iqtisadi imkanlarının onlara hücuma keçmək imkanı verə biləcəyini qeyd edib. O, Britaniyanın müttəfiqləri ilə birlikdə döyüşməyə və qələbə qazanmağa hazır olması üçün bir qədər artıq 1000 gün qaldığını deyib. Nazir NATO və ABŞ ilə ittifaqların gücləndirilməsinin, sənaye bazasının bərpasının, eləcə də innovasiya və istehsalda rəqibləri qabaqlamağın vacibliyini vurğulayıb.
Əsas mənbə: APA
