Vətənim Media xəbər verir ki, Prezident İlham Əliyev İspaniya Kralı VI Felipeyə başsağlığı məktubu ünvanlayıb.
Məktubda Toledo əyalətində sərnişin qatarlarının toqquşması nəticəsində insanların həlak olması və xəsarət alması ilə bağlı kədər ifadə olunub. İlham Əliyev öz adından və Azərbaycan xalqı adından həlak olanların ailələrinə, yaxınlarına və İspaniya xalqına başsağlığı verib, yaralananlara şəfa diləyib.
Əsas mənbə: APA
