Vətənim Media xəbər verir ki, Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 11-ci iclası sabah keçiriləcək. Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili bildirib ki, toplantıda ticari-iqtisadi əlaqələr müzakirə olunacaq.
Kvrivişvilinin sözlərinə görə, tərəflər enerji, nəqliyyat, investisiya və ticarət sahələrində əməkdaşlığı, eləcə də regional layihələri, xüsusilə Orta Dəhlizi nəzərdən keçirəcəklər.
Əsas mənbə: APA
