Könül Əliyeva Böyük Dəbilqədə qızıl qazanan ilk azərbaycanlı qadın cüdoçu oldu

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Könül Əliyeva Böyük Dəbilqədə qızıl qazanan ilk azərbaycanlı qadın cüdoçu oldu

Vətənim Media xəbər verir ki, Könül Əliyeva Əbu-Dabidə keçirilən Böyük Dəbilqə turnirinin qalibi olub. 48 kq çəki dərəcəsində çıxış edən Azərbaycan millisinin üzvü bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb.

Əliyeva turnirə 1/8 finaldan başlayıb. O, finaladək Özbəkistan, Niderland və Fransa təmsilçilərini, həlledici görüşdə isə Türkiyə cüdoçusu Merve Azakı məğlub edib. Əliyeva Böyük Dəbilqə turnirində çempion olan ilk azərbaycanlı qadın cüdoçudur. Bu, onun böyüklər arasında Dünya Cüdo Turunda qazandığı ilk qızıl medaldır.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗