Azərbaycan cüdo millisi dünya çempionatında Avstriya ilə qarşılaşacaq

Şrift
🔊 Xəbəri dinlə — Babək
Azərbaycan cüdo millisi dünya çempionatında Avstriya ilə qarşılaşacaq

Vətənim Media xəbər verir ki, Bakıda keçirilən böyüklər arasında cüdo üzrə dünya çempionatının qarışıq komanda yarışı bu gün baş tutacaq. Milli Gimnastika Arenasında 18 ölkədən 192 idmançı altı çəki dərəcəsində mübarizə aparacaq: kişilər -73, -90 və +90 kq, qadınlar isə -57, -70 və +70 kq kateqoriyalarında çıxış edəcəklər.

Azərbaycan yığması yarışa 1/16 final mərhələsindən başlayacaq və ilk qarşılaşmasını Avstriya komandası ilə keçirəcək. Qalib gələcəyi halda növbəti mərhələdə Yaponiya ilə üz-üzə gələcək. Heyətdə Gültac Məmmədəliyeva, Xədicə Qədəşova, Südabə Ağayeva, Hanna Zaytseva, Madina Kaisinova, Rəşid Məmmədəliyev, Ruslan Paşayev, Zelim Tçkayev, Süleyman Şükürov, Zelim Kotsoyev və Uşanqi Kokauri yer alıblar.

Təsnifat görüşləri saat 09:30-da, final bloku isə 18:00-da başlayacaq. Azərbaycan millisi fərdi yarışları yeddi medalla tamamlayıb: Əhməd Yusifov qızıl, Zelim Tçkayev və Uşanqi Kokauri gümüş, Rəşid Məmmədəliyev, Ömər Rəcəbli, Murad Fətiyev və Kənan Nəsibov bürünc medal qazanıblar.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗