Kiyevdə dron 25 mərtəbəli binaya düşüb: iki nəfər ölüb, 11 yaralı var

Şrift
🔊 Xəbəri dinlə — Babək
Kiyevdə dron 25 mərtəbəli binaya düşüb: iki nəfər ölüb, 11 yaralı var

Vətənim Media xəbər verir ki, Rusiyanın Kiyevə dron hücumu zamanı Darnitski rayonunda yerləşən 25 mərtəbəli yaşayış binası vurulub. Kiyev meri Vitali Kliçkonun məlumatına görə, pilotsuz aparat binanın 12–16-cı mərtəbələri arasına düşüb.

Zərbədən sonra binanın həyətində avtomobillər yanıb və hadisə yerinə təcili xidmətlər cəlb olunub. Əvvəlcə dörd nəfərin xəsarət aldığı bildirilib, Kliçko sonradan yaralıların sayının 11-ə çatdığını açıqlayıb. Ukrayna Prezidenti Volodimir Zelenski isə “Şahed” tipli dronun binaya zərbəsi nəticəsində iki nəfərin öldüyünü bildirib.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗