Vətənim Media xəbər verir ki, Azərbaycanın “Judo Club 2012” komandası cüdo üzrə klublararası Çempionlar Liqasında Gürcüstanın “Golden Gori” klubunu 4:3 hesabı ilə məğlub edərək növbəti mərhələyə keçib.
Paris şəhərində keçirilən yarışda ilk dəfə iştirak edən Azərbaycan təmsilçisi bu nəticəni əldə edib. Turnirin əvvəlki qalibi Fransanın PSJ klubudur.
Əsas mənbə: APA
