Vətənim Media xəbər verir ki, oktyabrın 16-da Gəncənin Nəriman Nərimanov prospektində yolu keçən 1961-ci il təvəllüdlü Ə. Hüseynovu avtomobil vurub.
Piyada xəstəxanaya yerləşdirilib. Həkimlərin tibbi müdaxiləsinə baxmayaraq, o, yeddi gün sonra xəstəxanada vəfat edib.
Əsas mənbə: APA
