Vətənim Media xəbər verir ki, APA-nın məlumatına görə, Bakının Xətai rayonunda bir nəfərin öldüyü kütləvi insidentdə iştirak etdiyi müəyyənləşdirilən 9 nəfər polis tərəfindən saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti bildirib ki, əməliyyat-axtarış tədbirləri davam edir.
Hadisə General Şıxlinski küçəsi, 145 ünvanında yerləşən “Ab-Hava” kafesində baş verib. Məlumata görə, dava zamanı bir nəfər qətlə yetirilib, bir neçə nəfər bıçaqlanıb. Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürməni nəzərdə tutan 120.1-ci maddəsi ilə cinayət işi başlanıb. Davanın biznes münasibətləri zəminində yarandığı bildirilir.
Əsas mənbə: APA
