Almaniya “Tomahawk” raketlərinin əvəzinə minlərlə “Anthem” almağı müzakirə edir

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Almaniya “Tomahawk” raketlərinin əvəzinə minlərlə “Anthem” almağı müzakirə edir

Vətənim Media xəbər verir ki, “Bloomberg” Almaniyanın Avropa istehsalçılarından minlərlə yüksəkdəqiqlikli uzaqmənzilli silah sistemi almağı planlaşdırdığını yazıb. Nəşrin məlumatına görə, Berlin Rusiyadan qaynaqlanan təhlükələrə qarşı müdafiə imkanlarını gücləndirməyə çalışır.

“Tomahawk” raketlərinin Almaniyaya tədarükü qeyri-müəyyən müddətə təxirə salındığından, ölkə alternativ sistemlərə yönəlir. “Bloomberg”in mənbələrinə əsasən, Almaniya Müdafiə Nazirliyinin nümayəndələri ABŞ-ın müdafiə texnologiyaları şirkəti “Covenant”la bir milyard avrodan artıq dəyəri olan müqavilə barədə danışıqlar aparır. Söhbət qurudan buraxılan minlərlə “Anthem” qanadlı raketindən gedir.

Müqavilənin nə vaxt yekunlaşacağı və tədarükün nə zaman başlayacağı barədə məlumat verilməyib.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗