Vətənim Media xəbər verir ki, oktyabrın 23-də “Brent” markalı neftin dekabr fyuçersləri 3,55 dollar bahalaşaraq bir barel üçün 116,72 dollara çatıb. Artım 3,14 faiz təşkil edib.
ABŞ-ın “WTI” markalı neftinin dekabr fyuçersləri isə 3,80 dollar və ya 3,82 faiz artaraq 103,27 dollara yüksəlib. APA-nın məlumatına görə, bahalaşma Yaxın Şərqdə geosiyasi gərginliyin artması və enerji tədarükündə mümkün fasilələrlə bağlı narahatlıqlar fonunda baş verib. Səudiyyə Ərəbistanının enerji obyektlərinə hücumlar və neft daşımalarının təhlükəsizliyi ilə bağlı qayğılar təchizat risklərini artırıb.
Əsas mənbə: APA
