Vətənim Media xəbər verir ki, oktyabrın 23-də ABŞ-ın bütün aparıcı fond indeksləri, Avropanın isə əsas indekslərinin çoxu enib. “Dow Jones” 1,23 faiz, “S&P 500” 0,52 faiz, “Nasdaq Composite” isə 0,21 faiz ucuzlaşıb.
Avropada Almaniyanın “DAX” indeksi 0,75 faiz, Fransanın “CAC 40” indeksi 0,36 faiz, Böyük Britaniyanın “FTSE 100” indeksi isə 0,32 faiz geriləyib. İspaniyanın “IBEX 35” indeksi 0,40 faiz yüksəlib. Asiya-Sakit okean bazarlarında da fərqli dinamika qeydə alınıb: Yaponiyanın “Nikkei 225” indeksi azalıb, Honq-Konqun “Hang Seng” və Çinin “CSI 300” indeksləri artıb.
APA-Economics-in məlumatına görə, bazarlardakı eniş Yaxın Şərqdə gərginliyin artması, neftin bahalaşması, inflyasiya risklərinin güclənməsi və süni intellekt sektoruna yatırımların gəlirliliyi ilə bağlı narahatlıqlarla əlaqələndirilir.
Əsas mənbə: APA
