Şahdağ və Kəlbəcərin yüksək dağlıq ərazilərinə qar yağıb

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Şahdağ və Kəlbəcərin yüksək dağlıq ərazilərinə qar yağıb

Vətənim Media xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 24-də saat 10:00-a olan məlumatına görə, ölkənin əksər ərazilərində yağıntı qeydə alınıb. Bəzi yerlərdə yağış intensiv və güclü olub. Şahdağda qar örtüyünün hündürlüyü 3 santimetrə çatıb.

Bakıda və Abşeron yarımadasında 7 millimetrədək yağıntı düşüb. Ən çox yağıntı Kişçayda — 47, Zaqatalada isə 44 millimetr qeydə alınıb. Oktyabrın 23-də saat 23:15 radələrində Şəkinin Oxud və Kişçay kəndlərinə diametri 5–7 millimetr olan dolu düşüb.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗