Vətənim Media xəbər verir ki, oktyabrın 23-də qızılın spot qiyməti 28,75 dollar (0,71%) azalaraq bir unsiya üçün 3 996,10 dollara enib.
“APA-Economics”in məlumatına görə, qızılın dekabr fyuçersləri 52,50 dollar (1,29%) ucuzlaşaraq 4 007,90 dollar olub. Gümüşün dekabr fyuçersləri 1,92% azalaraq 53,95 dollara, platinin spot qiyməti isə 0,97% geriləyərək 1 553,31 dollara düşüb.
Əsas mənbə: APA
