Vətənim Media xəbər verir ki, oktyabrın 25-də Bakıda və Abşeron yarımadasının bəzi yerlərində fasilələrlə yağış yağacağı, ayrı-ayrı ərazilərdə isə leysan və şimşək olacağı ehtimal edilir. Gecə temperaturu 15-17, gündüz 17-19 dərəcə isti olacaq.
Milli Hidrometeorologiya Xidmətinin proqnozuna görə, rayonlarda da yağış, bəzi yerlərdə intensiv leysan, şimşək və dolu gözlənilir. Yüksək dağlıq ərazilərdə qar yağacağı, şərq rayonlarında yağıntıların güclənəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Rayonlarda temperatur gecə 13-16, gündüz 17-21 dərəcə isti, dağlıq ərazilərdə isə gecə 2-6, gündüz 8-13 dərəcə isti olacaq.
Əsas mənbə: APA
