Vətənim Media xəbər verir ki, FIFA prezidenti Canni İnfantino Azərbaycanda keçirilən U-15 Dünya Çempionatı və Festivalının ilk oyun günü Hövsan Yarış Kompleksinə baş çəkib. APA-nın məlumatına görə, səfərdə turnirin Təşkilat Komitəsinin sədri Samir Şərifov, AFFA prezidenti Rövşən Nəcəf və qurumun digər rəsmiləri də iştirak ediblər. Onlar kompleksdə yaradılan şəraitlə tanış olub və qarşılaşmaları izləyiblər.
İlk oyun günü kompleksdə ümumilikdə 92 matç keçiriləcək. Oktyabrın 22-dən 30-dək davam edəcək turnir ilk dəfə təşkil olunur və 189 FIFA üzv assosiasiyasından olan gənc futbolçuları Bakıda bir araya gətirir. Açılış mərasimi bu axşam “Baku Crystal Hall”da keçiriləcək, ardınca Azərbaycan millisi Şərqi Timor yığması ilə qarşılaşacaq.
Əsas mənbə: APA
