“Yaşıl enerji dəhlizi”nin texniki-iqtisadi əsaslandırması təsdiqlənib

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
“Yaşıl enerji dəhlizi”nin texniki-iqtisadi əsaslandırması təsdiqlənib

Vətənim Media xəbər verir ki, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanı birləşdirəcək “Yaşıl enerji dəhlizi” layihəsinin texniki-iqtisadi əsaslandırması tamamlanıb və dörd ölkənin hökuməti tərəfindən təsdiqlənib. APA-Economics-in məlumatına görə, bunu “Green Energy Corridor Power Company”nin (GECO) investisiya təqdimatı göstərir.

Layihə inkişaf mərhələsinə keçir. Növbəti addımlar bu mərhələdə görüləcək işləri və yekun investisiya qərarına aparan yol xəritəsini əhatə edir. GECO potensial investor və tərəfdaşları layihədə iştirakla bağlı maraqlarını bildirməyə dəvət edib.

Layihədə hər biri 1,3 QVt gücündə üç yüksək gərginlikli sabit cərəyan xəttinin mərhələli tikintisi nəzərdə tutulur. Birinci xəttin 2032-ci, ikincinin 2036-cı, üçüncünün isə 2040-cı ildə istismara verilməsi planlaşdırılır.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗