Vətənim Media xəbər verir ki, “Binance” haker hücumu nəticəsində oğurlanan vəsaitlər üzrə itkilərin 90 faizini kompensasiya edib. APA-nın məlumatına görə, birjanın açıqlamasında Bitcoin, Ethereum, USDT, BNB, Solana, USDC, XRP, USD1, RLUSD və ZEC aktivləri üzrə təminatın 100 faizə çatdığı bildirilib.
Şirkət çatışmayan tokenləri bazar və birjadankənar kanallardan almağı davam etdirərək bütün aktivlər üzrə kompensasiyanı 100 faizə çatdırmağı planlaşdırır. “Binance” maliyyə itkilərini öz üzərinə götürdüyünü də açıqlayıb. Birjanın bildirdiyinə görə, istifadəçilərin depozitləri zərər görməyib; vəsait yatırma və çıxarma əməliyyatları isə müvəqqəti dayandırılıb.
Əsas mənbə: APA
