FSB Moskvada terror aktı planı barədə ABŞ-dan məlumat aldığını açıqlayıb

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
FSB Moskvada terror aktı planı barədə ABŞ-dan məlumat aldığını açıqlayıb

Vətənim Media xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidməti ABŞ-dan tərəfdaş kanallar vasitəsilə Moskvada terror aktının planlaşdırılması barədə məlumat alıb. APA-nın Moskva bürosunun məlumatına görə, FSB hazırda müvafiq tədbirlər görür.

ABŞ-ın Rusiyadakı səfirliyi Tsaritsyno Muzey-Qoruğunda kütləvi insan tələfatına səbəb ola biləcək təhlükə barədə xəbərdarlıq yayıb. Səfirlik diplomatların bu barədə məlumat əldə etdiyini bildirib.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗