Vətənim Media xəbər verir ki, APA-nın “The Wall Street Journal”a istinadən yaydığı məlumata görə, Pentaqon İranın hücumları nəticəsində Yaxın Şərqdəki ABŞ hərbi bazalarına dəyən zərəri təxminən 5 milyard dollar qiymətləndirib.
Qəzetin təhlilinə əsasən, raket və pilotsuz uçuş aparatlarının hücumları regiondakı bir sıra ABŞ hərbi obyektlərinin binalarına, rabitə sistemlərinə və digər infrastruktura ziyan vurub. Bərpa xərclərinin daha yüksək ola biləcəyi bildirilir.
Əsas mənbə: APA
