Vətənim Media xəbər verir ki, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya oktyabrın 30-da Məkkə bölgəsində husilərin buraxdığı pilotsuz uçuş aparatının ələ keçirilərək məhv edildiyini bildirib.
Koalisiyanın sözçüsü, general Turki əl-Maliki bu barədə məlumat verib. Husilərin hərbi sözçüsü Yəhya Səriyə isə həmin gün Səudiyyə Ərəbistanına qarşı əməliyyat keçirmədiklərini deyərək koalisiyanın iddiasını təkzib edib.
Əsas mənbə: APA
