Vətənim Media xəbər verir ki, İsrail ordusu Qəzza zolağında keçirdiyi əməliyyatda HAMAS-ın hərbi qanadının komandirlərindən Cəmil Əbu Təkiyənin öldürüldüyünü açıqlayıb. APA-nın məlumatına görə, zərbə Nuseyrat qaçqın düşərgəsi yaxınlığında endirilib.
İsrail ordusu Əbu Təkiyənin 2023-cü il oktyabrın 7-də İsrailə hücum zamanı girov götürülən şəxslərin Qəzzada saxlanılmasında iştirak etdiyini bildirib. Həmin zərbə nəticəsində HAMAS-ın digər komandiri İbrahim Cihad Məhəmməd Əbu Uşeybənin də öldürüldüyü açıqlanıb.
Əsas mənbə: APA
