Vətənim Media xəbər verir ki, Azərbaycanda və Cənubi Qafqazda ilk donor ürək transplantasiyasının birinci ildönümü ilə bağlı keçirilən konfransda ürək transplantasiyası gözləyən xəstələrin sayı açıqlanıb. Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin fəxri sədri, professor Kamran Musayev 50-dən çox xəstənin əməliyyat növbəsində olduğunu bildirib.
Konfransda orqan transplantasiyasının diaqnostikadan əməliyyatdan sonrakı müşahidəyədək mərhələləri müzakirə olunub. Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova ürək və buynuz qişa transplantasiyalarının icbari tibbi sığortanın xidmətlər zərfinə daxil edilməsinin vacibliyini vurğulayıb.
Əsas mənbə: APA
