Azərbaycanda xalça istehsalı 9 ayda 61,1 dəfə artaraq 152,7 min kvadratmetrə çatıb

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Azərbaycanda xalça istehsalı 9 ayda 61,1 dəfə artaraq 152,7 min kvadratmetrə çatıb

Vətənim Media xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda bu ilin yanvar-sentyabr aylarında 152,7 min kvadratmetr xalça və xalça məmulatı istehsal olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 61,1 dəfə çoxdur.

Oktyabrın 1-nə sənaye müəssisələrinin anbarlarında 5,3 min kvadratmetr hazır xalça ehtiyatı olub. Hesabat dövründə Azərbaycandan 252,6 min ABŞ dolları dəyərində xalça və digər toxunma döşəmə örtükləri ixrac edilib, ölkəyə isə 14 milyon 664,8 min ABŞ dolları dəyərində belə məhsullar gətirilib.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗