Vətənim Media xəbər verir ki, Qubadlı rayonunda Bərgüşad çayı üzərində 5,3 meqavat gücündə “Eyvazlı” Su Elektrik Stansiyası inşa edilir. “AzərEnerji” ASC-nin APA-ya verdiyi məlumata görə, bu, rayonun ilk su elektrik stansiyası olacaq.
Tikinti-quraşdırma işlərinin yaxın vaxtlarda yekunlaşdırılması planlaşdırılır. İki Frensis tipli turbinlə işləyəcək stansiyanın ildə 15,6 milyon kilovat-saat elektrik enerjisi istehsal etməsi, 3,5 milyon kubmetr təbii qaza qənaət yaratması və karbon qazı emissiyasını 6 400 ton azaltması nəzərdə tutulur. SES 110 kilovoltluq “Qubadlı” yarımstansiyası vasitəsilə ölkənin vahid enerjisisteminə qoşulacaq.
Əsas mənbə: APA


