Cəbrayıl Şəhəri Günü münasibətilə tədbir keçirilib

Şrift
🔊 Xəbəri dinlə — Babək
Cəbrayıl Şəhəri Günü münasibətilə tədbir keçirilib

4 oktyabr – Cəbrayıl Şəhəri Günü çərçivəsində uşaqlar və sakinlər üçün müxtəlif mədəni proqramlar təşkil olunub. Tədbir rəssamlıq ustad dərsləri, yaradıcılıq sərgisi, kukla teatrı tamaşası və konsertdən ibarət olub.

Yaradıcılıq sərgisində uşaqların hazırladığı rəsm və əl işləri nümayiş etdirilib, iştirakçılar üçün rəssamlıq üzrə ustad dərsləri keçirilib. Uşaqlar üçün səyyar kukla teatrı tamaşası göstərilib.

Təntənəli konsert proqramında Azərbaycan Dövlət Akademik Filarmoniyasının solistləri və rəqs ansamblı çıxış edib. Konsertdə Azərbaycan bəstəkarlarının əsərləri, milli musiqi nümunələri, vokal və instrumental ifalar və milli rəqslər təqdim olunub.

Tədbir Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi, Mədəniyyət Nazirliyi və Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin birgə təşkilatçılığı ilə həyata keçirilib. Qeyd olunur ki, Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən hər il 4 oktyabr Cəbrayıl Şəhəri Günü kimi qeyd edilir.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗