Əhməd Bəşir oğlu Bədəlbəyli (Ağdamski) 5 yanvar 1884-cü ildə doğulub.

Şrift
Əhməd Bəşir oğlu Bədəlbəyli (Ağdamski) 5 yanvar 1884-cü ildə doğulub.

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Əhməd Bəşir oğlu Bədəlbəyli (Ağdamski) 5 yanvar 1884-cü ildə doğulub..

Əhməd Bəşir oğlu Bədəlbəyli (Ağdamski) 5 yanvar 1884-cü ildə doğulub. Anası Əzizə xanım Üzeyir Hacıbəyovun anası Şirin xanımla doğma bacı idilər. Atası Bəşir bəy isə Bədəlbəylilər nəslindəndir.

Gənc yaşlarında aktyor, opera müğənnisi kimi fəaliyyətə başlasa da, 1934-cü ildən ömrünün sonunadək pedaqoji fəaliyyətlə məşğul olub. 1910-cu ildə "Nicat" Xeyriyyə Cəmiyyətinin teatr truppasında səhnə fəaliyyətinə başlayıb. Teatrda çalışdığı illərdə Hüseynqulu Sarabski, Hüseyn Ərəblinski, Mirzəağa Əliyev, Hüseynağa Hacıbababəyov və digər sənətçilərlə dostluq, əməkdaşlıq edirdi.

XIX əsrin sonu-XX əsrin əvvəllərində Azərbaycanda cəhalətin hökm sürdüyü bir dövrdə müsəlman qadınların səhnəyə çıxması qadağan idi. Şərq aləminin ilk operası olan "Leyli və Məcnun" operasını səhnəyə qoyanda başlıca məsələ Leyli rolunun ifaçısını tapmaq idi. Qeyri millətlərdən olan qadın aktrisalar Azərbaycan dilini səlis bilmirdilər və bu səbəbdən qadın rolları kişi aktyorlar tərəfindən oynanılırdı.

İlk müsəlman operası olan "Leyli və Məcnun"da da bu hal baş verdi. Leyli rolunu ilk dəfə aşpaz və ya çayçı şagirdi kimi adlandırılan Əbdürrəhman Fərəcov ifa etmişdi. Lakin, elə ilk tamaşadan sonra Fərəcov bir daha qadın geyimində səhnəyə çıxmayacağını bəyan etdi.

Xahiş və yalvarışlar da bir nəticə vermədi. Çayçı şagirdi nəinki səhnədə, teatr binasının həndəvərində belə görünmək istəmədi. Bu səbəbdən Üzeyir Hacıbəyov xalası oğluna üz tutur.

Həmin vaxt Əhməd tələbə idi, tələbələrin teatrda oynamaları bir yana, axşam tamaşalarına baxması üçün belə xüsusi icazə olmalıydı. Yeganə maneə olan həmin icazə də alınır və Əhməd bəy Leylini oynamağa başlayır. Tanınmasın deyə, ilkin olaraq adını "Miri" yazdırır.

Sonralar isə səhnə təxəllüsü olaraq özünə Ağdamski soyadını götürür. 1915-ci il 116 saylı "Kaspi" qəzeti yazırdı: "Bu gecə Leyli rolunda çıxan Ağdamski öz istedadının ən yüksək mərhələsində idi. Artistin səsi əla idi.

Tamaşaçılar onu arası kəsilmədən alqışlayırdılar". Sonralar Leyli rolunu daha bir kişi ifaçı-Hüseynağa Hacıbababəyov da oynamağa başladı. Əhməd bəyin çıxışı Üzeyir Hacıbəyovun xoşuna gəlir və Əhməd bəy inqilabdan əvvəlki Azərbaycan opera və operettalarının qadın rollarını ifa edən ilk aktyoruna çevrilir.

Onun oynadığı qadın rollarının hamısı xarakter etibarilə bir-birindən fərqlənirdi və o, 12 il Azərbaycan səhnəsində qadın rollarının ifaçısı olaraq çıxış etdi. Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operasında Leyli, "Əsli və Kərəm"də Əsli, "O olmasın, bu olsun"da Gülnaz, "Arşın mal alan"da Gülçöhrə, "Ər və arvad"da Minnət, "Rüstəm və Söhrab"da Təhminə, "Şah Abbas və Xurşudbanu"da kəndli qızı və s. onun əsas rolları kimi opera tarixinə düşüb.

1916 və 1919-cu illərdə səhnədə kişi rollarını da canlandırıb. Birinci dəfə "Arşın mal alan"dakı Əsgər bəy, ikinci dəfə isə "Əsli və Kərəm" operasında Kərəm rolunda çıxış etmişdi.1920-ci illərin əvvəllərindən orkestrdə tar çalmağa başladı. Əhməd Ağdamski 1923-cü ildə ata yurduna, Ağdama qayıdır, teatr yaradır.

Bu teatrın səhnəsində o, rejissor, aktyor, müəllim kimi fəaliyyət göstərir. Lakin, yersiz təqiblərdən, yaxın keçmişin qəsdən tez-tez xatırlanmasından, dolanışıq qayğılarından yaxa qurtara bilmədi və uzaq olmaq üçün Göyçaya, oradan da Ağdaşa gəldi. Onun təşəbbüsü və Üzeyir Hacıbəyovun köməyilə açılan musiqi məktəbi həm Ağdaşın, həm də ətraf rayonların mədəni həyatında böyük rol oynayır.1934-cü ildən tar pedaqoqu kimi Ağdamski bu məktəbdə öz davamçılarını yetişdirir, eyni zamanda Ağdaş teatrında tamaşaların hazırlanmasında da köməyini əsirgəmir.

Rayona gəldiyi gündən Ə. Ağdamski kaman ustası Habil Əliyevin ailəsinin evində kirayənişin qalır. Mərhum Habil Əliyevin xatirələrində Ağdamski "Əhməd əmi" kimi qalmışdı.

Habil Əliyevin musiqiyə gəlişində, yetişməsində Əhməd Ağdamskinin çox böyük rolu olub. Əhməd Ağdamski 1943-cü ildə Azərbaycan SSR-nın "Əməkdar incəsənət xadimi" fəxri adına layiq görülüb. 1 aprel 1954-cü ildə Ağdaş rayonunda 70 yaşında vəfat edib…

RUHU ŞAD OLSUN!

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim.Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗