Polis Akademiyasının komandası bilik yarışında birinci yeri tutub

Şrift
Polis Akademiyasının komandası bilik yarışında birinci yeri tutub

Vətənim Media xəbər verir ki, noyabrın 20-də Heydər Əliyev Mərkəzində ali məktəb tələbələri arasında “Heydər Əliyev və Azərbaycan tarixi” X ümumrespublika bilik yarışı keçirilib. APA-nın məlumatına görə, müsabiqədə 50 ali təhsil müəssisəsinin komandası iştirak edib. Qarabağ Universiteti və Türkiyə-Azərbaycan Universiteti yarışa ilk dəfə qatılıb.

Nəticələrə görə, birinci yeri Daxili İşlər Nazirliyinin Polis Akademiyasının komandası, ikinci yeri Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının komandası, üçüncü yeri isə Bakı Dövlət Universitetinin komandası tutub. Qaliblərə sertifikatları Alyona Əliyeva və elm və təhsil nazirinin müavini Firudin Qurbanov təqdim ediblər. Yarış 2014-cü ildən təşkil olunur.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗