ABŞ Hərbi Hava Qüvvələrinin “Cloud One” platformasına kiberhücum edilib

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
ABŞ Hərbi Hava Qüvvələrinin “Cloud One” platformasına kiberhücum edilib

Vətənim Media xəbər verir ki, Reuters mənbələrə istinadən ABŞ Hərbi Hava Qüvvələrinin “Cloud One” bulud platformasına müdaxilənin təxminən bir ay əvvəl sistem yenilənərkən aşkarlandığını bildirib. Hakerlərin kimliyi, hücumun miqyası və məlumatların oğurlanıb-oğurlanmadığı məlum deyil.

“Cloud One”da taktiki, şəxsi heyət və logistika ilə bağlı böyük həcmdə məxfi məlumat saxlanılır. Hücum aşkarlandıqdan sonra bəzi əməliyyatlar dayandırılıb, proqram yeniləmələri bloklanıb və müəyyən istifadəçilərin administrator hüquqları ləğv edilib. Hadisənin nəticələrini qiymətləndirmək ABŞ Hərbi Hava Qüvvələrinin kibermüdafiə komandanlığına tapşırılıb.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗