Vətənim Media xəbər verir ki, Baş nazir Əli Əsədov “Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğunun Əsasnaməsinin təsdiq edilməsi barədə qərar imzalayıb.
Qərara əsasən, Mədəniyyət Nazirliyi üç ay ərzində qoruğun işçilərinin say həddini və strukturunu Maliyyə Nazirliyi ilə razılaşdıraraq təsdiqləməlidir. Nazirliyə qərardan irəli gələn digər məsələləri həll etmək də tapşırılıb.
Əsas mənbə: APA
