Vətənim Media xəbər verir ki, Azərbaycan və Gürcüstan arasında ticarət, investisiya, nəqliyyat-tranzit və enerji sahələrində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
Bu barədə Nazirlər Kabineti APA-ya məlumat verib. Baş nazir Əli Əsədov Gürcüstanın baş nazirinin müavini və xarici işlər naziri Maka Boçorişvili ilə görüşüb. Tərəflər münasibətlərin mehriban qonşuluq və strateji tərəfdaşlıq ruhunda möhkəmləndiyini, qarşılıqlı səfər və görüşlərin intensivləşdiyini qeyd ediblər. Humanitar və digər sahələrdə əməkdaşlığın mövcud vəziyyəti də nəzərdən keçirilib.
Əsas mənbə: APA
