Vətənim Media xəbər verir ki, Avropa İnvestisiya Bankı Qrupunun Cənubi Qafqaz üzrə regional nümayəndəliyinin rəhbəri Stella Renita Azərbaycan–Avropa İttifaqı Biznes Forumunda Xəzər–Qara dəniz–Avropa Yaşıl Enerji Dəhlizinin texniki-iqtisadi əsaslandırmasının oktyabrın 22-də təqdim ediləcəyini bildirib. APA-nın məlumatına görə, təqdimatda bankın nümayəndələri də iştirak edəcək.
Renitanın sözlərinə görə, Avropa İnvestisiya Bankı regional bağlantıların inkişafı üçün bir sıra investisiya imkanlarını araşdırır. Bunlara yaşıl enerji dəhlizi ilə yanaşı, Qara dəniz rəqəmsal bağlantı və Naxçıvan dəmir yolu layihələri daxildir.
Əsas mənbə: APA
