Qordana Silyanovska-Davkova Prezident İlham Əliyevə zəng edib

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Qordana Silyanovska-Davkova Prezident İlham Əliyevə zəng edib

Vətənim Media xəbər verir ki, oktyabrın 21-də Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkova Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib. Prezidentin Mətbuat Xidmətinin məlumatını APA yayıb.

Dövlət başçıları dünyada enerji sahəsindəki vəziyyət, mövcud çağırışlar və onların həlli yolları barədə fikir mübadiləsi aparıblar. Tərəflər enerji əməkdaşlığını davam etdirmək və genişləndirmək barədə razılığa gəliblər.

Söhbətdə Silyanovska-Davkovanın Azərbaycana rəsmi səfəri də xatırlanıb. Həmin səfərin iki ölkə arasında dostluq və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə töhfə verdiyi qeyd olunub.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗